İQTİSADİYYAT1.10.2024 21:00

Mərkəzi Bankdan maliyyə sanksiyaları barədə AÇIQLAMA

2986

Cari ilin birinci yarısında Azərbaycanda ümumi məbləği 135 609 manat olan maliyyə sanksiyaları tətbiq edilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Şahin Mahmudzadə Bakıda 2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi hesabatının təqdimatı zamanı bildirib.

"Bu ilin birinci yarısında maliyyə sektorunda 18 yoxlama aparılıb və 47 nəzarət tədbiri həyata keçirilib. Qeyd olunan pozuntular nəticəsində ümumi məbləği 135 609 manat olan maliyyə sanksiyaları tətbiq edilib. Bundan əlavə, lisenziyaların ləğvi, dayandırılması və ya fəaliyyətlərinə məhdudiyyət qoyulması da daxil olmaqla 37 qurumla bağlı sərt tədbirlər görülüb", - o deyib.

YUXARI