MƏDƏNİYYƏT21.3.2023 19:00

Mələkxanımın qızı AzTV-də işə başladı

3648

Xalq artisti Mələkxanım Eyubovanın rəssam qızı Nəzrin Nəcəfzadə AzTV-də işə başlayıb. Yeni Media az olay-a istinadən xəbər verir ki, o, bu gündən etibarən "Telesəhər" verilişində aparıcılıq edir.

Nəzrin gələn ildən etibarən işə çıxmağı planlaşdırsa da, aktrisa Aidə Cəbiyevanın qəfil proqramdan ayırılması bu prosesi sürətləndirib.

Qeyd edək ki, N. Nəcəfzadə rəssamlıq fəaliyyəti ilə yanaşı, influenser kimi də məşhurdur. O, bir çox brendlərlə əməkdaşlıq da edir.

YUXARI