AMEA-nın institut və müəssisələrində cari ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair AMEA Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli qərarından irəli gələn tapşırıqları müzakirə etmək məqsədilə Mərkəzi Elmi Kitabxanada müşavirə keçirilib.
MEK-in direktoru, dosent Hüseyn Hüseynov kitabxananın qarşısına qoyulan vəzifə və öhdəliklərdən danışıb, həmçinin innovativ kitabxana olaraq dünya elminin müasir çağırışları nəzərə alınaraq ölkəyə və cəmiyyətə fayda gətirə biləcək sahələrin inkişafına MEK-in dəstək verməli olduğunu bildirib.
Daha sonra AMEA Rəyasət Heyətinin qərarına əsasən Mərkəzi Elmi Kitabxananın strukturunda edilən dəyişiklik nəzərə çatdırılıb. Elmi idarəetmə sahəsi üzrə yeni innovativ idarəetmə mexanizmlərinin tətbiqinə, kadrların potensialından daha səmərəli istifadə etmək məqsədilə əlavə maliyyə vəsaiti tələb etmədən, daxili imkanlar hesabına yaradılan yeni sektor və şöbələrin tərkibi müəyyənləşdirilib.