ELM VƏ TƏHSİL15.2.2024 10:53

MEK ilə Bolqarıstan kitabxanası arasında müqavilə imzalanıb

25980

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) prioritet istiqamətlərindən biri də dünya kitabxanaları ilə qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsidir.

Görülən işlərin davamı olaraq MEK ilə Bolqarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası arasında müqavilə imzalanıb. Müqaviləni MEK tərəfdən direktor, professor Məmməd Əliyev, qarşı tərəfdən isə Bolqarıstan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Silvia Naydenova imzalayıb.

Müqavilədə hər iki kitabxananın fondlarının çap və elektron nəşrlərinin mübadiləsi, müvafiq ədəbiyyatların əldə edilməsi, qarşılıqlı informasiya dəstəyi, kitab sərgilərinin təşkili, elektron resursların hazırlanması və işlənməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Xatırladaq ki, AMEA Mərkəzi Elmi Kitabxanası öz fondlarını daha da genişləndirmək istiqamətində dünyanın 46 ölkəsi, 126 təşkilatı və 80 elmi jurnalları ilə mütəmadi olaraq davamlı və uğurlu əməkdaşlıq həyata keçirir.

YUXARI