MƏDƏNİYYƏT28.4.2021 15:47

MEK-ə "Yeddi gözəl" poemasının miniatür kitabı daxil olub

1325

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının miniatür kitabı daxil olub. AMEA Gəncə Bölməsində fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzi tərəfindən MEK-ə təqdim edilən bu miniatür kitab 2015-ci ildə nəşr olunub.

Azərbaycan dilində çap olunmuş kitabın ölçüsü 60x80 mm olmaqla 443 səhifədən ibarətdir. Əsər Xəlil Yusiflinin farscadan çevirməsidir və Nizaminin "Həft peykər" (Yeddi gözəl) əsərinin ən mükəmməl elmi nəşri olan Tahir Məhərrəmovun hazırladığı mətn əsasında yerinə yetirilmişdir. Kitabçanın sonunda beytlərin sıra nömrələri ilə izahlar da verilib.

Kitab MEK-in Nadir kitablar və qiymətli nəşrlər şöbəsinin Miniatür nəşrlər kolleksiyasında öz yerini tutub.

Qeyd edək ki, sözügedən şöbədə Miniatür nəşrlər kolleksiyasındakı kitablar uzun illər həm fonddan, həm kitabxanaya daxil olan yeni sənədlər içərisindən formatına uyğun seçilərək toplanmışdır.

YUXARI