ELM VƏ TƏHSİL27.1.2022 15:24

MEK-ə xaricidən nəşrlər daxil olub

9

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Yaponiya, Fransa, Almaniya, Türkiyədən mədəniyyət, qlobal problemlər, riyazi göstəricilər və s. bu kimi mövzuları özündə əks etdirən nəşrlər daxil olub.

İngilis, türk, alman, fransız, yapon dillərində olan nəşrlər sırasında “Riyaziyyat elmləri jurnalı” (Journal of Mathematical Sciences), qanuna dair vizual, səsli və mətn yazılarını özündə əks etdirən “Rus dünyası barədə qeydlər” (Cabiers du Monde Russe) jurnalının 2021-ci il oktyabr-dekabr nömrələri, “Riyazi göstəricilər” (İndagationes mathematicae), “Postsovet ölkələrində taxıl bazarlarının məkan bazarının səmərəliliyi və qlobal ərzaq təhlükəsizliyinə təsirləri Leybnits Assosiasiyası” (Miranda Svanidze Spatial market efficiency of grain markets in the post-soviet countries and implications for global food security), Senkenberq Araşdırmalar İnstitutudan “Dəniz müxtəlifliyi” jurnalının 2021-ci il iyun, avqust noyabr nömrələri (Marine Biodiversity), “Milli Sosializm dövründə Senkenberq Araşdırmalar Muzeyi” (Andreas Hansert Das Senckenberg-Forschungs museum im National sozialismus) və s. yer alır.

Qeyd edək ki, MEK-ə mütəmadi şəkildə akademiyanın elmi tədqiqat institutlarından, yerli oqranlardan, müəlliflər tərəfindən, digər kitabxanalardan, xarici ölkələrdən müxtəlif elm sahələrini əhatə edən nəşrlər daxil olur.

YUXARI