DÜNYA11.6.2024 08:00

Macarıstan Stoltenberqlə Ukraynadakı alyans missiyasında iştirak etməməyi müzakirə edəcək

6452

“NATO-nun baş katibi Yens Stoltenberqin iyunun 12-də Macarıstana səfəri gözlənilir. Budapeştdə onunla ölkənin Ukraynadakı alyans missiyasında iştirak etməyəcəyi məsələsini müzakirə etmək niyyətindəyik”.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “M1” telekanalına müsahibəsində bildirib.

“İki gündən sonra NATO-nun baş katibi burada olacaq və onunla Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirakdan necə imtina edə biləcəyini müzakirə edəcəyik”, - hökumət başçısı bildirib.

Bundan əvvəl Orban bildirib ki, Macarıstan NATO-nun Ukraynada Rusiyaya qarşı mümkün hərbi əməliyyatlarında iştirak etməyəcək.

YUXARI