DÜNYA11.5.2021 15:29

Lavrovdan Bakıda Baydenlə Putinin görüşünə reaksiya

313

Moskva Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Cozef Baydenin görüşünə pozitiv yanaşır.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiya-Amerika sammitinin əsas mövzusu strateji stabillik olmalıdır:

“Vaşinqtonla dialoq vacibdir. Hesab edirik ki, dialoq xüsusilə Amerika tərəfinin daima silahlanmaya nəzarət mexanizmlərini tam pozduğu zamanda önəmlidir”.

YUXARI