GÜNDƏM20.5.2024 22:00

Latviya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

5823

Latviya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə bu gün Latviya parlamentinin spikeri Dayqa Mierinya Bakıda keçirilən brifinqdə deyib.

"Qarabağa Beynəlxalq ictimaiyyətin nümayəndələri nə qədər çox səfər etsə, oradakı vəziyyətlə bağlı məlumatlılıq səviyyəsi bir o qədər yüksək olar. Ölkənizi Ermənistanla sülh danışıqlarında əldə olunan irəliləyiş münasibətilə təbrik etmək istərdim. Azərbaycan və hökumətinizə tam sülh nail olmağı arzu edirəm. Dünən regionda çox sürətli inkişafın müşayiət olunduğunu gördük. Yeni hava limanı, məktəblər və binalar gördük. Biz Şuşaya da səfər etdik və görürük ki, ərazilər çox sürətlə bərpa olaraq inkişaf edir", - deyə o əlavə edib.

Parlament spikeri həmçinin Azərbaycan və Latviya arasında parlamentlərarası əməkdaşlığın dərinləşdiyini qeyd edib.

Qeyd edək ki, mayın 18-də Latviya parlamentinin sədri Daiqa Mierinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Nümayəndə heyəti mayın 19-da Qarabağa səfər edib.

YUXARI