CƏMİYYƏT24.11.2022 17:34

Laçın dəhlizi Ermənistan tərəfindən razılaşmalara zidd formada istifadə edilir - Ceyhun Bayramov

952

Laçın dəhlizi Ermənistan tərəfindən razılaşmalara zidd formada istifadə edilir.

Trend-in xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün ADA Universitetində Ağdam Beynəlxalq Konfransı çərçivəsində çıxışından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var.

“Dəhliz onlara zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Bu barədə Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”, - deyə C.Bayramov əlavə edib.

YUXARI