MƏDƏNİYYƏT1.5.2021 19:30

Koronaya yoluxan nazirimiz sağaldı

888

Koronavirusa yoluxan Mədəniyyət naziri Anar Kərimov sağalıb. Bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.

O bildirib ki, nazir yenidən COVID-19 testi verib və nəticəsi neqativ çıxıb:

“Anar Kərimovun səhhəti ilə bağlı hər şey qaydasındadır. Karantin müddəti bu həftənin sonu bitir. Gələn həftədən nazirin işə çıxması nəzərdə tutulur”.

Xatırladaq ki, aprelin 16-da Anar Kərimovun koronavirus testinin nəticəsi pozitiv olmuşdu.

YUXARI