DÜNYA21.2.2024 09:30

Konqo Demokratik Respublikasının hökumət başçısı istefa verib

3138

Konqo Demokratik Respublikasının Baş naziri Sama Lukonde istefa verib.

AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Lukonde istefasını ölkə Prezidenti Feliks Tşisekediyə təqdim edib. Baş nazirin istefası həm də bütün hökumətin istefası deməkdir”, - məlumatda deyilir.

Baş nazir və hökumətin gedişi Tşisekedinin ikinci prezidentlik müddətinin əvvəlində baş verdi. Bu, dövlət başçısına yeni hökuməti təyin etmək imkanı verir.

Üç ildir Baş nazir olan Lukonde artıq parlamentdə çalışacağını açıqlayıb. O, dekabrda keçirilən seçkilərdə deputat mandatı qazanıb.

YUXARI