DÜNYA14.5.2021 18:00

Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib

10

Kolumbiyanın mərkəzi hissəsində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 18:55-də Los Santos bələdiyyəsində (Santander Mərkəzi Departamenti) baş verib. Təkanların ocağı 154 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

YUXARI