MƏDƏNİYYƏT4.6.2024 21:15

"Kişi və qadın" adlı yeni tamaşanın məşqlərinə başlanılıb

13983

Azərbaycan Teatr Xadimlər İttifaqında yazıçı, dramaturq Əli Əmirlinin eyniadlı pyesi (iki hissəli epataj komediya) əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.

Premyerası iyun ayının sonlarına nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru Məhəmməd Verdizadə, bəstəkarı Gülnar Əlfiqızı, səhnə tərtibatçısı Zaur Abbasovdur.

Tamaşada aktyorlar Rəşad Səfərov, Günel Həmidova, Vüqar Məmmədəliyev, Əzizə Həşimova, Rəbillə Ələkbərzadə iştirak edirlər. 

Tamaşa çağdaş dövrdə yaşayan kişi və qadın münasibətlərindən, ailədaxili ziddiyyətlərin fonunda yaranan komik, həm də sürreal situasiyalardan bəhs edir. Həyat  yoldaşı Emmanı itirən Cəmil onu başqa qadınlarda axtarmağa başlayır. Bu axtarışlar isə qəhrəmanı komik, anlaşılmaz vəziyyətlərlə üz-üzə qoyur. 

Teatr Xadimlər İttifaqının böyük səhnəsində nümayiş olunacaq səhnə əsəri həm də tamaşada iştirak edən aktyorların benefisi hesab olunacaq.

YUXARI