DÜNYA24.9.2021 17:00

Keçmiş deputatın oğlu İrəvanda güllələndi

320

Bu gün gecə saatlarında İrəvanın mərkəzində atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, insident Abovyan küçəsindəki “Moskva” kinoteatrının yanında baş verib. Atışma nəticəsində Arman Xaçatryan və Sergey Məlikyan adlı iki nəfər xəstəxanaya çatdırılıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Sergey Məlikyanın Respublikaçılar Partiyasından keçmiş deputat Qagik Məlikyanın oğlu olduğu bildirilir.

YUXARI