DÜNYA22.11.2021 16:20

Kadırov azərbaycanlıya yüksək vəzifə verdi

1259

Çeçenistan hökumətində azərbaycanlıya yüksək vəzifə verilib. Hit.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov qərar imzalayıb.

Qərara əsasən, Elxan Süleymanov baş nazirin müavini təyin edilib. O, indiyədək Çeçenistanın səhiyyə naziri idi.

Qeyd edək ki, Elxan Abdulla oğlu Süleymanov 1974-cü ildə Bakıda anadan olub. Əslən Qusar rayonunun Həzrə kəndindəbdir. Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Ramzan Kadırovun dəvəti ilə Moskvadan Çeçnistana gəlib və Qroznı Onkoloji Dispanserinin rəhbəri işləyib. 28 aprel 2016-cı ildən Çeçenistan Respublikasının səhiyyə naziri idi.

YUXARI