DÜNYA18.5.2022 13:38

Kadırov ağzından qaçırdı: Səfərbərlik...

62

Rusiyada səfərbərliyə ehtiyac yoxdur, rusiyalılar özləri vətəni müdafiə etməyə qalxmalıdırlar.

Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Mənə tez-tez sual verirlər ki, səfərbərlik olacaq? Heç kim səfərbərlik elan etməməlidir. Biz hamımız səfərbər olmalıyıq, prezidentimizin ətrafında sıx dayanıb, dövlətimizin təhlükəsizliyini təmin etməliyik”, - Kadırov bildirib.

Qeyd edək ki, Kadırovun bu sözləri birmənalı qarşılanmayıb. Bəzi siyasi müşahidəçilər Kadırovun sözünü Rusiyanın səfərbərliyi “könüllü müraciətlər” görüntüsü altında həyata keçirmək variantı üzərində işlədiyinin işarəsi hesab ediblər.

YUXARI