ELM VƏ TƏHSİL26.5.2023 12:30

İyunun 6-dan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

5127

6 iyun saat 18:00-dan 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

YUXARI