MƏDƏNİYYƏT2021.11.18 19:40

İtaliyada fərdi sərgisi açılan azərbaycanlı rəssam

69

Kəmalə Zeynalova 16 dekabr 1990-cı ildə Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə orta məktəbdə oxuyub. Eyni illərdə Bakı Musiqi Akademiyasının nəzdində musiqi məktəbində fortepiano şöbəsində musiqi təhsili alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının modelyer-rəssam fakültəsinə daxil olub və 2012-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə başa vurub. 2012-ci ildəəvvəl “Università per stranieri di Perugia”da italyan dili və italyan mədəniyyəti kurslarını bitirdikdən sonra həmin ildən başlayaraq Accademia Italianada fashion design-da 2 illik magistr təhsili alıb. ADRA-da oxuduğu muddətdə Azərbaycanda və xaricdə (Moskva, İstanbul, Kipr) müxtəlif sərgilərə qatılıb.  Azərbaycan Rəssamlar İttifaqı , Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür.

Təhsilini bitirdikdən sonra İtaliyada müxtəlif moda evlərində modelyer rəssam, rəssam dizayner kimi  çalışıb. Hal-hazırda Salvatore Ferragamo muzeyində işləyir.

Rəssamın “Women in love” mövzusu altında 30 əsəri ilə fərdi sərgisinin açılışı 14 noyabrda olub və 17 dekabra qədər davam edəcək. Sərgi  Florensiyada yerləşən “Borghese Palace Art Hotel”in sərgi salonunda numayiş olunur.

YUXARI