MƏDƏNİYYƏT9.5.2021 17:00

İstanbulda 6 min illik tapıntı

483

İstanbul Arxeologiya Muzeyi tərəfindən aparılan qazıntılar zamanı eramızdan əvvəl 3500-3000-ci illərə aid kurqan tipli türbələr tapılıb.

Kult..az xəbər verir ki, arxeoloq Mehmet Əli Polad təxminən 6 min illik tapıntıların dünya miqrasiya xəritəsini dəyişdirə biləcəyini deyib.

O bildirib ki, aparılan qazıntılar zamanı 1910-cu ildə tikilən tramvay xətti və anbar xarabalıqları, Osmanlı dövrünün, orta və son Bizans dövrünün qalıqları da tapılıb:

“Bu təbəqədən dərhal sonra Bosfor xətti üçün çox vacib olan Ellinizm və Roma dövrlərinə aid kiçik tapıntılar çıxarıldı. Ancaq Beşiktaşdakı qazıntılar zamanı arxeoloqları ən çox həyəcanlandıran tapıntılara bu təbəqələrdən sonra rast gəldik. Tədqiqatlar davam etdikdə, bu tikililərin kurqan tipli türbələr olduğu üzə çıxdı. Dünya miqrasiya xəritəsinə baxanda Tunc dövründə Qara dənizin şimalından Anadoluya bir köç olduğunu görürük”.

YUXARI