İsrailin Livana qurudan hücum etməsi bu ölkənin suverenliyinin, ərazi bütövlüyünün pozulması istiqamətində qanunsuz işğal cəhdidir. Hücumun dərhal sona çatdırılması, İsrail əsgərlərinin Livan ərazisindən geri çəkilməsi lazımdır.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi bəyanatında bildirilir.
Bəyanatada İsrail-Livan arasında gərginləşən vəziyyətin bölgə ölkələri ilə yanaşı, regiondan kənar ölkələrin də təhlükəsizliyini və sabitliyini təhlükəyə atdığı qeyd edilib:
“Bu təhlükəli işğal cəhdi nəticəsində yeni miqrasiya dalğasının yaranacağı, ekstremistlərin bütün dünyada yer alacağı ehtimalı yüksəkdir. Gedişatın İsrailə siyasi dəstək və silah verən ölkələrə də təsir edəcəyini unutmaq olmaz. BMT Təhlükəsizlik Şurası, beynəlxalq hüquq lazım olan addımı atmalı, Livanın işğalına yönəlmiş bu hücuma qarşı gərəkli önləmləri almalıdır. İsrailin törətdiyi hər cinayət eyni zamanda beynəlxalq hüquqa, BMT-nin tələblərinə zərbədir. Digər tərəfdən bölgədə əmin-amanlığın bərqərar olması üçün atılacaq əsas addım Qəzzada dərhal və daimi atəşkəsin təmin edilməsidir. Qəzzaya sülh gətirmək bütün bəşəriyyətin məsuliyyətidir”, - bəyanatda bildirilib.
Qeyd edək ki, ötən gecə İsrail ordusu Livanın cənubunda local quru əməliyyatına başlayıb.