DÜNYA16.5.2021 05:00

İsrail ordusu əmr aldı: Tam hazır olun!

232

İsrail ordusu Qəzza zolağından radikalların hücumuna cavab olaraq bütün mümkün variantlar üzərində işləyir.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.

“Hökumət, təhlükəsizlik kabineti orduya əmr verib ki, bütün variantlara istisnasız tam hazır olsunlar”, – deyə o bildirib.

O, həmçinin HƏMAS-ın Qəzza zolağında hərbi infrastrukturuna maksimal zərbə endirilməsi barədə tapşırıq verildiyini vurğulayıb.

YUXARI