DÜNYA18.9.2023 10:00

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə Nikol Paşinyanın partiyası liderlik edir

5830

İrəvan Ağsaqqallar Şurasına seçkilərdə səslərin 28 faizi hesablandıqdan sonra Ermənıstanın baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası liderlik edir.

Trend xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 137 seçki məntəqəsi üzrə səslərin hesablanmasına yekun vurulub. Nəticələrə əsasən, “Vətəndaş sazişi” partiyası seçicilərin 32,38 faizinin səsini toplayıb.

İkinci yerdə indiyədək 19,13 faiz səs toplayan sabiq İrəvan meri Hayk Marutyanın “Milli tərəqqi” partiyası, üçüncü yerdə isə 15,11 faiz səslə “Ana Ermənistan” bloku qərarlaşıb.

Qeyd edək ki, İrəvan meriyasına seçkilərdə rekord həddə aşağı iştirak (28,46 faiz) qeydə alınıb, yəni 824 min 250 seçicidən yalnız 234 min 553-ü səsvermədə iştirak edib. Seçkilərin nəticələrinə əsasən həm də şəhərin meri seçiləcək. Onu seçkilərdə 50 faizdən çox səs toplayan partiya və ya siyasi blok seçəcək.

YUXARI