CƏMİYYƏT1.2.2023 08:00

İranın bu terrorunu soydaşlarımız bağışlamayacaq

3069

Tehrandakı səfirliyimizə qarşı törədilmiş silahlı basqını şiddətlə qınayıram. Bu terror dövləti tərəfindən Azərbaycana qarşı namərdcə həyata keçirilən terror aktıdır!

Bunu “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Tehrandakı Azərbaycan səfirliyinə qarşı edilən hücumu pisləyərkən qeyd edib.

O, törədilmiş terror aktının o tayda yaşayan soydaşlarımıza qarşı da xəyanət olduğunu bildirib:

“Xain hücum nəticəsində vətəndaşımız baş leytenant Orxan Əsgərov şəhid olub. Allah şəhidimizə rəhmət eləsin! Ailəsinə və yaxınlarına Allahdan səbir diləyirəm! Bu törədilmiş terror aktı o tayda yaşayan soydaşlarımıza qarşı da xəyanətdir. Güneydəki soydaşlarımız bu namərdliyi bağışlamamalıdır. Qədim zamanlardan elçi, diplomat toxunulmaz sayılıb. Səfirliyə hücum bu ənənənin pozulması və bütün sivil dünyanın qəbul etdiyi dəyərləri ayaqlar altına atmaqdır. Terrorçu cəzalandırılmalı və İranın ali rəhbərliyi dərhal Azərbaycan dövlətindən üzr istəməli, baş vermiş terror hadisəsi ilə bağlı ciddi araşdırmalara başlamalıdır. Əks təqdirdə bizim ordakı soydaşlarımız bunu cavabsız qoymaz və qoymamalıdır", - o qeyd edib.

YUXARI