DÜNYA22.6.2022 20:40

İranda turist süni şəlaləni yandırdı 

137

Bu gün günorta saatlarında İranın şimal-şərqində yerləşən Gülüstan vilayətinin Qorqan şəhərində süni şəlalə yanıb.

Trend-in məlumatına görə, bunu İranın Qorqan şəhər yanğınsöndürmə idarəsinin rəisi Musa Səfəri deyib.

M.Səfərinin sözlərinə görə, süni şəlalənin tikilməsində yanar konstruksiyalardan istifadə olunduğuna görə, şəlaləyə ciddi şəkildə ziyan dəyib.

Səfəri bildirib ki, hadisə yerli turistlərdən birinin piknik qazını şəlaləyə tərəf atması nəticəsində baş verib. Hadisədə zərərçəkən olmayıb.

Qeyd edək ki, Qorqan şəhərində süni şəlalə 2019-cu ildə istifadəyə verilib. 15 metr hündürlüyündə olan süni şəlaləyə 15 milyard rial (təxminən 357 min dollar) xərclənib.

YUXARI