DÜNYA20.5.2024 22:45

İranda qəzada ölən valinin yerinə yenisi təyin olundu

1859

Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhmətinin helikopter qəzasında ölməsindən sonra Turab Məhəmmədi əyalətin yeni valisi təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yeni təyinat barədə daxili işlər naziri Əhməd Vahidinin mayın 20-də Təbrizə gəlişindən sonra keçirilən iclasda qərar verilib.

Turab Məhəmmədi bundan əvvəl keçmiş vali Malik Rəhmətinin siyasi məsələlər üzrə müavini olub.

YUXARI