DÜNYA12.10.2021 08:00

İran və Səudiyyə razılaşdı: əlaqələr bərpa edilir

776

İran və Səudiyyə Ərəbistanı hər iki ölkədə konsulluqların yenidən açılması barədə razılıq əldə ediblər. Virtualaz.org xəbər verir ki, bu barədə "Frans Press" diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Konsulluqların işinin bərpası ilə bağlı razılıq əldə edilib. Düşünürəm ki, yaxın həftələrdə münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma olacaq", - mənbə əlavə edib.

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tehranla Ər-Riyad arasında indiyə qədər beş raund danışıqların keçirildiyini bildirmişdi.

YUXARI