DÜNYA2021.09.13 23:45

İran qonşularla münasibətləri prinsipial hesab edir - XİN

17

İran hökuməti qonşu ölkələrlə münasibətləri prinsipial hesab edir.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, prezident İbrahim Rəisinin başçılıq etdiyi hökumət qonşu ölkələrlə münasibətləri prioritet hesab edir.

Xətibzadə əlavə edib ki, İran balanslı şəkildə bütün qonşu ölkələrlə münasibətləri maksimum şəkildə inkişaf etdirəcək:

"İran bütün qonşuların iştirakı ilə regional inkişaf, sülh və stabilliyin inkişafı üçün çalışacaq".

YUXARI