GÜNDƏM24.1.2023 17:00

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

1350

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib. Bu barədə bu gün təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin Daşkənddə keçirilən iclasında qərar qəbul olunub.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 26-cı iclası keçirilir. İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

YUXARI