CƏMİYYƏT29.9.2022 20:30

İpoteka və Kredit-Zəmanət Fondu kirayə müqavilələrinin sayını açıqlayıb

255

Bu günədək Azərbaycanda 2 462 mənzil kirayəsi müqaviləsi imzalanıb.

Trend-in məlumatına görə, bunu İpoteka və Kredit-Zəmanət Fondunun Kirayə mənzil departamentinin direktoru Aslan Zeynalov KİV üçün məşğələ zamanı deyib.

"Təklif olunan mənzillərin ümumi sayı 2 852, qalan mənzillərin sayı 390 təşkil edir. Müraciət edənlərin 51 faizdən çoxu dövlət sektorunda, 49 faizə yaxını özəl sektorda işləyir. Müraciət edənlərin orta aylıq gəliri 1 300 manat, orta aylıq ödənişi 1 140 manatdır", - deyə o bildirib.

YUXARI