MƏDƏNİYYƏT16.11.2021 21:20

“ICESCO akseleratoru” pilot layihəsinin ölkə finalı keçirilib

624

Mədəniyyət Nazirliyinin, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), “NewSpace Innovation” təşkilatının və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə “ICESCO akseleratoru” adlı pilot layihəsinin ölkə finalı keçirilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Bakı Ali Neft Məktəbində təşkil edilən mərasimində tərəfdaşların çıxışları dinlənilib, “Yaradıcı iqtisadiyyatın gələcəyi” mövzusunda panel sessiyası təşkil edilib, münsiflər heyəti tərəfindən qiymətləndirmə və qaliblər mükafatlandırılıb.

Qaliblər arasında xüsusi olaraq gənc startapçılar tərəfindən yaradılmış layihələr yer tutub.

Üç startap layihəsi qalib seçilib və ICESCO-nun baş qərargahında keçiriləcək Böyük Finalda iştirak imkanı əldə edir. İki layihə isə tərəfdaşların xüsusi mükafatını qazanıb.

Qeyd edək ki, cari ilin sentyabrın 11-də təqdimatı keçirilmiş “ICESCO akseleratoru” layihəsi ICESCO-nun üzvü olan ölkələrdə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Layihənin növbəti illərdə daha geniş coğrafiyanı əhatə etməsi gözlənilir.

YUXARI