CƏMİYYƏT18.5.2022 13:39

İçərişəhərdə naməlum söküntünü kim aparır?

67

Tarixi-memarlıq abidələrinin yerləşdiyi İçərişəhər ərazisində binalardan biri “yaşıl örtüyə” bürünməkdə davam edir. Belə ki, Böyük qala küçəsində söküntü gedir.

 hasarlanmış ərazi ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu göndərsə də, qurum 3 gündür suala cavab vermir.

Öncə sorğuya əsasən, araşdırılıb məlumat veriləcəyi bildirildi. Lakin daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sorğunu cavablandırmaqdan yayındı. Bu isə ciddi narahatlıq yaradır.

Qeyd edək ki, İçərişəhər qoruq ərazisidir, burada tikinti, yaxud da söküntü işləri üçün xüsusi dövlət icazəsi olmalıdır.

Sözügedən bina isə ən azı 2020-ci ildən taxta ilə hasarlanıb. Hazırda isə taxtanın üzərinə bəzəkli parça çəkilib. Ancaq içəridə hansı işlərin getdiyini müşahidə etmək mümkün deyil.

YUXARI