XƏBƏRLƏR17.3.2023 23:54

“Heydər Əliyev İli” çərçivəsində YAP-ın yerli təşkilatları ağacəkmə kampaniyası keçirib

1059

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları ağacəkmə kampaniyası həyata keçirirlər.

YAP-ın mətbuat xidmətindən bildiriblər ki, kampaniya çərçivəsində növbəti tədbirlər partiyanın Kəlbəcər, Cəlilabad, Hacıqabul, Salyan, Bərdə, Astara, Beyləqan, Kürdəmir, Qəbələ, Salyan və Ağsu rayon təşkilatlarının yerli icra hakimiyyəti orqanları ilə birgə təşkilatçılığı əsasında keçirilib.

Tədbirlərdə YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Eldar şamı, çinar və sərv olmaqla ümumilikdə 7000-dən çox müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

YUXARI