CƏMİYYƏT3.6.2023 20:35

Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib

4421

Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib. Mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz - gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib.

Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fleşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.

Dünən, iyunun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.

YUXARI