MƏDƏNİYYƏT6.12.2022 10:00

Həştərxanda Maqomayevin büstü açıldı

3687

Bu gün Həştərxan vilayətinin Nərimanov şəhərində görkəmli xanəndə və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin büstünün təntənəli açılışı olub.

Kult.az xəbər verir ki, mərasimdə vilayət rəhbərliyinin, bələdiyyənin, ictimaiyyətin nümayəndələri, şəhər sakinləri iştirak ediblər.

Qubernator İqor Babuşkinc Nərimanov şəhərinin mərkəzi parkında görkəmli sənətkarın ağ mərmərdən abidəsinin qoyulması qərarını qəbul edib. Büst Həştərxan şəhərinə "Azərbaycan Sosial-İqtisadi və Mədəni Əməkdaşlığa Yardım Mərkəzi" regional ictimai təşkilatı tərəfindən hədiyyə edilib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Həştərxan vilayəti üçün Xəzər regionunda əsas tərəfdaşlardan biridir. Azərbaycanla təkcə iqtisadi deyil, həm də humanitar sahədə: təhsil, tibb, mədəniyyət və idman sahələrində əlaqələr inkişaf etdirilir. Həştərxan vilayətinin Nərimanov şəhəri ilə Bakı şəhərinin Nərimanov rayonu isə qardaşlaşmış şəhərlərdir. Müslüm Maqomayevin büstünün açılışı Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.

YUXARI