MEDİA və QHT10.5.2021 16:26

Hərəkat İşçi Qrupu yaradıb təkliflər hazırlamağa qərar verdi

2826

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin onlayn formatda genişləndirilmiş iclası keçirilib. Toplantıda ilk olaraq təşkilati məsələ müzakirə olunub. Azərbaycan Tibb Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müəllimi, Universitetin “Təbib” idman klubunun sədri Qələndər Aslanovun Hərəkata üzvlük məsələsinin müzakirəsi müsbət həll olunub və Q.Aslanov üzvlüyə qəbul edilib.

Daha sonra “Ortaq Türk Ədəbi Dili və Ortaq Türk Əlifbası” mövzusu, bununla bağlı gələcəkdə Hərəkatın görməli olduğu işlər müzakirə edilib. Toplantı iştirakçılarının çıxışlarından sonra səsləndirilən təkliflər sistemləşdirilib və qərara alınıb ki, AVH-nin bununla bağlı İşçi Qrupu yaradılsın. İşçi Qrupu qısa müddət ərzində təkliflərini hazırlayıb müvafiq qurumlara, beynəlxalq təşkilatlara, türk ölkələrinə göndərsin, o cümlədən mediada, sosial şəbəkələrdə ictimailəşdirsin.  

Qeyd edək ki, toplantıda AVH-nin İdarə Heyətinin, Məclisinin üzvləri – iqtisadçı Azər Həsənsoy, politoloq Elçin Xalidbəyli, təhsil eksperti Aydın Allahverdiyev, siyasi şərhçi Mübariz Göyüşlü, dosent Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, yeni üzvlüyə qəbul olunmuş Qələndər Aslanov iştirak ediblər.

YUXARI