DÜNYA30.3.2023 06:00

Hələ Paşinyanın xəyanətləri haqqında danışmıram

3654

Erməni hüquq müdafiəçisi Avetik İşxanyan Ermənistanın korrupsiyaya bulaşmış hökumətini sərt tənqid edib.

Axar.az xəbər verir ki, hüquq müdafiəçisi qeyd edib:

“Beləliklə, Ermənistan sözdə baş nazir, diktator və xəyanətkar Nikol Paşinyanın şəxsində ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn rejimdə keçirilən ikinci demokratiya sammitinə dəvət olunub. Buradan belə bir nəticə hasil olur ki, seçkiləri saxtalaşdıran, məhkəmələri məhv edən, siyasi təqiblər həyata keçirən, qətllər də daxil olmaqla, öz tərəfdarlarının cinayətlərini ört-basdır edən diktator baş nazirin hökuməti “demokratik” hesab olunur.

Mən hələ bu baş nazirin xəyanətləri haqqında danışmıram. Faktiki olaraq, demokratiyanın carçısı sayılan ABŞ yuxarıda sadalanan özbaşınalıqları müdafiə edir və onları demokratik dəyərlər sayır. Lakin əsl həqiqətdə bu dəvətlə demokratiya anlayışına kölgə salınır.

Bu səbəbdən sizin sammitinizə və demokratiyanıza tüpürmək istəyirəm”.

YUXARI