SAĞLAMLIQ15.5.2021 20:45

Gürcüstanda koronavirusdan ölənlərin sayı yenidən artıb

44

Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı yenidən artıb.

Son sutka ərzində Gürcüstanda daha 1576 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı, 329 min 407-yə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Bildirilib ki, COVID-19 virusundan daha 29 nəfər ölüb və bununla da koronavirusdan ölənlərin ümumi sayı 4426-ya çatıb.

Koronavirusa yoluxanların 868-i paytaxt Tbilisidə qeydə alınıb.

Hazırda Tbilisidə 17037 aktiv koronavirus xəstəsi var. Ölkə üzrə 26 min 274 nəfər özünütəcrid rejimində, 729 nəfər klinik otellərdə, 60 nəfər karantindədir.

YUXARI