DÜNYA14.5.2021 15:21

Gürcüstanda keçmiş nazir ölkə vətəndaşlığından məhrum edilib

20

Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından məhrum edilib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, Z.Adeişvili Ukrayna vətəndaşlığı aldığından Gürcüstan vətəndaşlığından imtina etməsi ilə bağlı bu ilin martın 4-də müraciət edib.  Sənədə baxılandan sonra vətəndaşlığa xitam verilməsi ilə bağlı qərar Gürcüstan prezidentinə təqdim olunub. Dövlət başçısı ötən gün qərarı təsdiqləyib və sabiq nazir Gürcüstan vətəndaşlığından məhrum edilib.

YUXARI