İQTİSADİYYAT29.6.2022 14:00

Gürcüstanda Azərbaycan kapitallı şirkətlərin sayı açıqlanıb

114

Bu gün Gürcüstanda Azərbaycan kapitalı ilə üç mindən çox şirkət qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda deyib.

Onun sözlərinə görə, şirkətlərdən mindən çox aktiv fəaliyyət göstərir.
"Azərbaycanda Gürcüstan kapitallı 600-dən çox şirkət qeydiyyata alınıb. Ölkələrimiz ticari-iqtisadi əməkdaşlığı davam etdirir. Biz bu istiqamətdə böyük potensial görürük", - deyə o bildirib.

YUXARI