İDMAN23.6.2022 10:47

Gənclər və idman sahəsində yeni qərarların qəbulu müzakirə edilir - İƏT Gənclər Forumunun Prezidenti

115

Bakıda İslam Əməkdaşlıq Gənclər Forumunun gənclər və idman sahələrində Daimi Nazirlər Şurasının 3-cü iclası keçirilir.

Trend-in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Prezidenti Taha Aydın jurnalistlərə açıqlamasında deyib ki, iclasın mövzusu 2025-ci ilə qədər İslam Əməkdaşlıq Təşkilatı ölkələrində gənclik və idman sahəsində görüləcək işlərin nazirlər səviyyəsində müzakirəsi, bununla bağlı strategiyanın dəqiqləşdirilməsi və qərarların qəbuludur:

"Daimi Gənclik və İdman komitəsinin üzvü olan Azərbaycan,Türkiyə, İran, İraq, Fələstin, Seneqal və Səudiyyə Ərəbistanından nazir və nazir müavinləri ilə birgə müzakirələr keçirilir. İclasa ev sahibliyi edən Azərbaycana, Azərbaycan Respublikası Prezidentinə, gənclər və idman naziri Fərid Qayıbova dərin minnətdarlığımızı bildiririk”, - deyə o əlavə edib.

YUXARI