MƏDƏNİYYƏT14.10.2021 17:00

Gənclər və İdman Nazirliyi ilə UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə edilib

1741

Gənclər və idman naziri Fərid Qayıbov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Aleks Haykens və təşkilatın yeniyetmə və gənclərin inkişafı departamentinin mütəxəssisi Natiq Umarovla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı əsasən, uşaq və yeniyetmələrin hüquqlarının qorunması sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Aleks Haykens bildirib ki, UNICEF Azərbaycan da daxil olmaqla, dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir.

YUXARI