GÜNDƏM10.3.2022 17:00

Gəncə Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

676

Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Universitetdən verilən məlumata görə, iclası açan universitetin rektoru, professor Yusif Yusibov şura üzvlərini əvvəlcə bu yaxınlada dünya universitetlərinin reytinq cədvəlində ilk onluğa düşən və 9-cu yerdə qərarlaşan Gəncə Dövlət Universitetinin qazandığı qələbə münasibətilə təbrik edib. Rektor, yeni seçilən dekan və kafedra müdirlərini təbrik edərək, xoş arzularını bildirib.

İclasda təhsildə və ictimai həyatda qazandığı uğurlara və “İlin peşəkar gənci” müsabiqəsində fəal iştirakına görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Təşkilatının Fəxri fərmanına layiq görülən universitetin İnnovasiyalar Departamentinin baş məsləhətçisi Mustafa Hüseynovu təbrik edərək, Fəxri Fərmanı ona təqdim edib.

Sonra Y.Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Universitetin professor-müəllim heyətinin 2021-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri və 2022-ci ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin, tematik planların müzakirəsi ilə bağlı universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin hesabatı dinlənilərək müzakirə olunub.

Əyani və qiyabi təhsil üzrə 2021/2022-ci tədris ilinin payız (qış) imtahan sessiyasının yekunları haqqında universitetin Tədris Departamentinin direktoru Elturan Yusifovun məlumat verib.

Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin universitetdə tələbələrin istehsalat təcrübəsi ilə bağlı məlumatı dinlənildikdən sonra ümumi texniki fənlər və texnologiya, eləcə də alman dili kafedrası müdirlərinin 5 illik fəaliyyəti müzakirə edilib. İclasda hər iki kafedranın 5 illik fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Həmçinin Elmi Şurada botanika kafedrasında boş olan professor, informatika və cəbr, iqtisadiyyat, fransız dili kafedralarında boş olan dosent yerlərinə seçkilər keçirilib, fransız dili və Azərbaycan tarixi kafedralarında dosent elmi adını almağa dair vəsatət qaldırılıb.

Sonda cari məsələlər dinlənilib.



YUXARI