İQTİSADİYYAT24.9.2022 17:30

Gələn ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

3627

"Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib. Bu barədə Baş nazir Əli Əsədov bağlı qərar imzalayıb.

Qərara əsasən, qeyd edilən layihələr “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

YUXARI