Fransa prezidenti Emmanuel Makron Kaxovka SES-in dağıdılması ilə bağlı Ukrayna xalqına dəstəyini bir daha təsdiqləyib və yaxın vaxtlarda təcili humanitar yardım göndərmək niyyətində olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti öz "Twitter" səhifəsində yazıb.
"Prezident Zelenskiyə Ukrayna xalqı ilə birliyimizi bildirdim (...). Yaxın saatlarda təcili ehtiyacları qarşılayan yardım göndərəcəyik", - deyə o bildirib.
Yelisey Sarayının nümayəndəsindən verilən məlumata əsasən, Fransa gigiyena vasitələri, su təmizləyici avadanlıq və dərman preparatları da daxil olmaqla 10 tona yaxın humanitar yardım göndərməyi planlaşdırır.