MƏDƏNİYYƏT2021.05.05 09:32

Fikrət Qoca vəfat edib

5

Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib. Bu barədə Trend-ə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Xəyal Rzazadə məlumat verib.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilib. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.

YUXARI