CƏMİYYƏT25.5.2023 23:50

FHN metronun “Elmlər Akademiyası” stansiyasında təlim keçirəcək

622

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Elmlər Akademiyası” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 26 may 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

YUXARI