CƏMİYYƏT24.11.2022 19:32

Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir - Ceyhun Bayramov

67

Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir.

Trend-in xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün ADA Universitetində Ağdam Beynəlxalq Konfransı çərçivəsində çıxışından sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın bu addımları post-münaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir.

“Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilmir”, - deyə C.Bayramov əlavə edib.

YUXARI