KRİMİNAL7.6.2024 18:30

Ermənistandan Azərbaycana qanunsuz keçmək istəyən Çex Respublikası vətəndaşı barədə qərar verildi

5731

Ermənistandan Azərbaycana qanunsuz keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimirin məhkəmə prosesi başa çatıb.

Trend xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

YUXARI