İQTİSADİYYAT2021.05.04 13:28

Ermənistanda inflyasiya göstəriciləri dünya səviyyəsindən iki dəfə çoxdur - İqtisadçı

5

Ermənistanda inflyasiya baxımından iqtisadiyyatda müsbət tendensiyalar mövcud deyil:

Bunu erməni KİV-lərinə ermənistanlı iqtisadçı Karlen Xaçaturyan deyib.

O bildirib ki, Ermənistandakı inflyasiya səviyyəsi dünyadakı orta inflyasiya səviyyəsində 2 dəfə çoxdur:

"İnkişaf etmiş ölkələrdə bir ay ərzində inflyasiya 1,1-1,4 faizə bərabər olub, Gürcüstanda 2,8 faiz təşkil edib. Ermənistanda isə bu göstərici 5,8 faiz olub. Yəni, Ermənistanda sosial problemləri daha dərinləşdirəcək inflyasiya dalğası var".

İqtisadçı əlavə edib ki, Ermənistanda inflyasiya artmaqda davam edir:

"2020-ci ilin yanvarından ölkədə inflyasiya stabil olaraq 1,5-1,8 faiz həddində idi. Dekabrda bu rəqəm 3,7, yanvarda 3,7 faizə, daha sonra isə 4,8 faizə yüksəldi. Bu göstərici artmaqda davam edir və bu onu göstərir ki, iqtisadiyyatımızda inflyasiya baxımından müsbət tendensiyalar mövcud deyil".

YUXARI